Kremlin növbəti hədəfi BU ÖLKƏDİR? – DETALLARbackend

Kremlin növbəti hədəfi BU ÖLKƏDİR? – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri rəhbərlərinin videokonfrans formatında keçirilən sammitdə Qazaxıstandakı son hadisələri müzakirə etdildi. Görüş zamanı Qazaxıstandakı son hadisələrlə yanaşı, faktiki olaraq növbəti hansı ölkə olması da müzakirə edildi.

Belarus Prezidenti Aleksandr Lukaşenko çıxışı zamanı deyib ki, “Qazaxıstanda baş verən hadisələrdən ilk növbədə Özbəkistan dərs çıxarmalıdır”. Lukaşenko fikrini bununla əsaslandırıb ki, “Qazaxıstanda baş verən etirazların əsas dayağı peşəkar terrorçulardır. Bizi gələcəkdə ciddi çağırışlar gözləyir, KTMT-ni gücləndirməliyik”.

NOCOMMENT.az xəbər verir ki, politoloq Turan Rzayev Publika.az-a açıqlamasında deyib ki, Belarus Prezidenti bu açıqlaması ilə növbəti hədəfin Özbəkistan ola biləcəyi mesajını verib:

“Lukaşenko “Qazaxıstanda baş verən etirazların əsas dayağı peşəkar terrorçulardır” deyərək faktiki olaraq Kremlin Qazaxıstanda olduğu kimi hər an Özbəkistanda da ixtişaşlar törədə biləcəyini bildirib. Növbəti hədəf hər nə qədər Özbəkistan kimi görünsə də Qazaxıstanda baş verən hadisələrin Özbəkistanda da baş verməsi mümkün deyil: Birincisi, Özbəkistan Mərkəzi Asiyanın sayca ən çox əhaliyə malik türk respublikasıdır. 31 milyondan çox əhəlisi olan Özbəkistan 448.978 kvadrat kilometr əraziyə malikdir. Yəni Qazaxıstandan fərqli olaraq ərazi və əhali balansı bu ölkədə qeyri-müəyyən deyil. Təkcə paytaxt Daşkənddə 2,5 milyon nəfər insan yaşayır. Nəticə etiabri ilə Kremlin Özbəkistanda çıxaracağı ehtimal ixtişaşlar Qazaxıstandakı kimi nə rahatlıqla idarə ediləcək, nə də sakitləşəcək. İkincisi, Qazaxıstandan fərqli olaraq Özbəkistanın Əfqanıstanla sərhədi var”.

Ekspertin fikrincə, bu da onda xəbər verir ki, ABŞ proseslərə Qazaxıstanda olduğu kimi səssiz qalmayacaq:

“Digər tərəfdən, Əfqanıstan hazırda özbəklərin ən çox yaşadığı ikinci ölkədir. Hazırda bu ölkədə 3 milyon özbək yaşayır və Əfqanıstanda özbək əslli generalı, Əbdül Rəşid Dostum faktoru da var. Dostum Əfqanıstandakı özbəklərin lideridir. Yəni Özbəkistanda baş verəcək ehtimal gərginliyə o, səssiz qalmayacaq. Üçüncüsü, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinə əsasən Qazaxıstana müdaxilə edə bildi. Lakin Özbəkistan KTMT üzvü deyil və bu ölkəyə müdaxilə etmək üçün Kremlin əsası olmayacaq. Nəticə etibarilə Kreml özü də yaxşı anlayır ki, Özbəkistan Qazaxıstan deyil və bu ölkədə eyni ssenarisi işə yaramayacaq. Buna görə də Kreml Belarus Prezidenti Aleksandr Lukaşenkonun fonunda Özbəkistana açıq mesaj göndərərək rəsmi Daşkəndin nəbzini yoxlamaq istəyir”.