Yardımlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Fındıqlı-Qışlaq kəndi ərazisində baş verib.
Otlaq sahəsində kənd sakini Q.Abbasov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.
Nəticədə sərnişini olan oğlu Siyasət hadisə yerində ölüb.
Özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Report








