Azərbaycan vətəndaşı, 17 yaşlı Timur Qavrilovu qətlə yetirən şəxsin kimliyi məlum olub.
NOCOMMENT.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi 17 yaşlı gənci qətlə yetirənin 1998-ci il təvəllüdlü Vitali Vasilyev olduğunu açıqlayıb. Volqoqradın Sovet rayonundan olan Vasilyev federal axtarışa verilib. Onun fotosu bütün polis idarələrinə göndərilib.
Xatırladaq ki, Volqoqrad Tibb Universitetinin 1-ci kurs tələbəsi 17 yaşlı Timur Qavrilov iyunun 12-də gecə saatlarında küçədə 20 bıçaq zərbəsi ilə qətlə yetirilmişdi. Onun qatili müşahidə kameralarına düşmüşdü…










