Rusiyanın Volqoqrad şəhərində qətlə yetirilən 17 yaşlı həmyerlimiz Timur Qavrilovun qatili tutulub.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı federal axtarışa verilən 22 yaşlı Vitali Vasilyev Smolensk şəhərində saxlanılıb.
Vitali taksiyə minərkən saxlanılıb və polislərə heç bir müqavilmət göstərməyib. Onun tutulması zamanı köməkliyə görə söz verilən bir milyon rubl yəqin ki, heç kimə ödənilməyəcək.
“Qətldə şübhəli bilinən şəxs Smolensk şəhərində saxlanılıb. Volqorqad vilayət İstintaq Komitəsi və polis orqanlarının əməkdaşları Smolenskə göndərilib. Vitali Vasilyevin Volqoqrada gətirilməsi gözlənilir”, – deyə hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasında deyilir.
Xatırladaq ki, Timur Qavrilov iyunun 13-də Volqoqradın Voroşilov rayonundakı tələbə yataqxanasına qayıdarkən hücuma məruz qalmışdı. Qatil ona 20 bıçaq zərbəsi vuraraq qətlə yetirmişdi. Timur Qavrilov Volqoqrad Tibb Universitetinin 1-ci kurs tələbəsi idi.









