Bakı sakininə zor tətbiq edildi, qızılları alındı

Bakı sakininə zor tətbiq edildi, qızılları alındı

Bakı sakininə qarşı zor tətbiq edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinə martın 18-də Yeni Günəşli qəsəbəsi ərazisində bir nəfərin Bakı şəhər sakini M.Orucova zor tətbiq edərək ondan qızıl-zinət əşyaları alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Məmmədov müəyyən edilərək saxlanılıb.

Suraxanı RPİ-də araşdırma aparılır.