Bakıda karantin qaydalarını pozan şəxs polisə bıçaqla hücum etdi – VİDEO

Bakıda karantin qaydalarını pozan şəxs polisə bıçaqla hücum etdi – VİDEO

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

Bakı şəhər Baş Polis İdarəsindən NOCOMMENT.az-a bildiriblər ki, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri məhkum olunan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib.

E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb.

E.Dadaşov barəsində cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.