Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, Publika.az-ım yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayan kəndində qeydə alınıb.
1965-ci il təvəllüdlü İsa Quliyev və onun qızı 1997-ci il təvəllüdlü Aytən Quliyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Hər iki xəstə dərhal əməliyyat edilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə hadisəni Aytən Quliyevanın həyat yoldaşı törədib.
Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.
“Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Bayan kənd sakinləri 1965-ci il təvəllüdlü İ. Quliyev və onun qızı 1997-ci il təvəllüdlü A. Quliyevanın bədənin kəsilmiş deşilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərə kəsici alətlə xəsarət yetirən şəxsin Röyal Allahverdiyev olması müəyyən edilib. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir”, – DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.












