Bakıda 59 yaşlı həyat yoldaşı Şəhla Hüseynovanı qətlə yetirən və məhkəmənin hökmü ilə 9 il azadlıqdan məhrum edilən İlham Hüseynovun törətdiyi cinayətin təfərrüatı bəlli olub.
Mənzil Kommunal İstismar Sahəsində süpürgəçi işləyən arvadını öldürən şəxs əməlini qısqanclıqla əsaslandırıb. Yoldan keçənlərin qadına pul verməsi və 8 Martda bağışlanan gül onda şübhə yaradıb.
NOCOMMENT.az xəbər verir ki, araşdırma zamanı həmin gülü qadına işlədiyi ərazidəki gül mağazasının əməkdaşlarının bayram münasibətilə verdiyi ortaya çıxıb.
Məhrumun qızına göndərdiyi səsli mesajlar təzyiqləri üzə çıxarıb. Yaşlı vaxtında əri tərəfindən mütəmadi güdüldüyünü deyən qadın, yardım edənlərə görə həyat yoldaşının iş yerində yanında dayandığını bildirib.
Şübhələrdən əl çəkməyən İlham Hüseynov kirayə qaldıqları evdə arvadına 10 bıçaq zərbəsi vurub. Həbsdə olan oğullarının yanına gedib tezliklə görüşəcəklərini deyən şəxs, hadisədən sonra polis bölməsinə yollanaraq təslim olub.
Qətl törədən şəxsin hər iki övladının narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbsdə olduğu bildirilir. (xitab24.az)












