Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə bu gün saat 16 radələrində Qax-Şəki avtomobil yolunda qeydə alınıb.
Belə ki, "Mercedes" və "Niva" markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər həlak olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.












