Fəhlə Bakıda daş karxanasında faciəvi şəkildə öldü

Fəhlə Bakıda daş karxanasında faciəvi şəkildə öldü

Bakıda daş karxanasında çalışan kişi faciəvi şəkildə ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Əli Əhmədovun üzərinə qaldırıcı kranın dəmir hissəsi düşüb. Nəticədə işçi dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır. “Report”