Jurnalistə Qarabağda ev verildi - FOTO

Jurnalistə Qarabağda ev verildi - FOTO

İyulun 24-də Xocalı rayonuna növbəti köç həyata keçirilib. Köç çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 10 ailə (31 nəfər), Badara kəndinə 6 ailə (24 nəfər), Daşbulaq kəndinə 2 ailə (7 nəfər), Seyidbəyli kəndinə 1 ailə (5 nəfər), Təzəbinə kəndinə isə 9 ailə (39 nəfər) yerləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, Xocalıda jurnalist Mübariz Hacılının ailəsinə də mənzilin açarı təqdim olunub.

“Ailəm Xocalı rayonu Təzəbinə kəndində evlə təmin olundu. Valideyinlərimin ruhu şad oldu. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı nəsib eləsin. Bu işdə xidməti olan hər kəsə təşəkkür edirəm.
Qapımız, bizi sevənlərə, doğmalara, dostlara hər zaman açıqdır”, - deyə jurnalist bildirib.

Qeyd edək ki, Mübariz Hacılı "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyində işləyir.