Fevral ayında avtomobil vuran kişi bu gün dünyasını dəyişdi

Fevral ayında avtomobil vuran kişi bu gün dünyasını dəyişdi

NOCOMMENT.az şimal bölgə müxbirinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şəxs Xaçmaz rayon sakini, 1953-cü il təvəllüdlü İsayev Poladxan Şahbaba oğlu bu gün axşam saatalrında xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə fevral ayında Xaçmaz şəhərində baş vermişdi. Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi yolu keçmək istəyən Poladxan İsayevi vurmuşdu.

Yaralı ağır bədən xəsarətləri alaraq indiyədək yerli xəstəxanada stasionar müalicə alırdı.

Cəlal Fərzəliyev

Bölgə müxbiri