Kənd sakini elektrik cərəyanı vurması nəticəsində öldü.
NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün 16:00 radələrində Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində baş verib.
Kənd sakini, 1997-ci il təvəllüdlü Bağırov Yaqub Zümrüd oğlu hələlik məlum olmayan şəraitdə elektrik vurması səbəbindən dünyasını dəyişib.
Faktla əlaqədar araşdırma aparılır.
Cəlal Fərzəliyev
Bölgə müxbiri.








