Gəncədə kişi qardaşı arvadını öldürdü, nəvələrini və gəlinini yaraladı

Gəncədə kişi qardaşı arvadını öldürdü, nəvələrini və gəlinini yaraladı

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.

Belə ki, kişi ailə münaqişəsi zəminində həyat yoldaşı, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızını bıçaqla qətlə yetirib.

Gəlini, 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızına, nəvələri – 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı və 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğluna bıçaqla xəsarətlər yetirib.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.
Report