Goranboyda ağır qəzada iki nəfər öldü

Goranboyda ağır qəzada iki nəfər öldü

Bakı-Qazax avtomobil yolunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

NOCOMMENT xəbər verir, Goranboy rayon ərazisində minik avtomobilinin kiçik tutumlu yük maşını ilə toqquşması nəticəsində 1988-ci il təvəllüdlü M.Rəhimov və 2001-ci il təvəllüdlü E.Qocayev xəsarət alıb, 2002-ci il təvəllüdlü X.Babayev isə həyəcan hissləri yaşayıb və həkimlər tərəfindən tibbi yardım göstərilib.

Xatırladaq ki, qəza nəticəsində iki nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır (report).