Göyçay rayon İcra Başçısının əvvəllər məhkum olmuş, sabiq şöbə müdirini bıçaqlayıblar.
NOCOMMENT.az xəbər verir ki, rayon sakini, əvvəllər məhkum olunmuş Cəbrayılov Səməd Surxay oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb.
S.Cəbrayılov yaxınlarının köməkliyilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub.
Hazırda vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, S.Cəbrayılov Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qardaşı oğludur. O, bir müddət əvvəl Göyçay Rayon Gənclər Mərkəzinin rəhbəri və İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində çalışıb.
Faktla bağlı araşdırma aparılır.
oxu.az












