Lənkəranda polislər YENİYETMƏNİ DÖYÜB

Lənkəranda polislər YENİYETMƏNİ DÖYÜB

Lənkəranda polislər 17 yaşlı kollec tələbəsini döyüb.

NOCOMMENT-in “Report”a istinadən xəbərinə görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, tələbə mayın 31-i səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb:

“Daha sonra 17 yaşlı gənc orada bir neçə polis nəfəri tərəfindən döyülüb”.

Tələbə xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin açıqlama verəcəyi gözlənilir.