Bakı şəhəri Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin şagirdi dünyasını dəyişib.
Məsələ ilə bağlı adı çəkilən məktəblə əlaqə saxladıq.
Məktəb rəhbərliyindən NOCOMMENT-ə bildirildi ki, məktəbin ibtidai sinif şagirdi Səlim Məcidli 7 avqust tarixində baş verən yol qəzasında vəfat edib.
Qeyd edək ki, Səlim Məcidli məktəbin 3C sinif şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.













