Məktəbli qızın intiharı ilə bağlı araşdırma başladı

Məktəbli qızın intiharı ilə bağlı araşdırma başladı

Bakıda məktəbli qızın intiharı ilə bağlı araşdırmalara başlanılıb.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, Xətai rayonu, Qədir Məmmədov küçəsində 2005-ci il təvəllüdlü Xumar Babayevanın özünü binadan ataraq intihar etməsi faktı ilə əlaqədar Xətai rayon Prokurorluğunda araşdırmalar başlayıb.

Qeyd edək ki, məktəbli qız özünü binadan atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşüb. Nəticədə Z. Niyazov ağır xəsarətlər alıb.