Nabran istirahət zonasında avtomobil 3 nəfəri vurdu

Nabran istirahət zonasında avtomobil 3 nəfəri vurdu

Nabran istirahət zonasında bu gün axşam saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən sakininin idarə etdiyi 53 BD 083 dövlət nömrə nişanlı “VAZ 21010” markalı avtomobil yolu keçən 3 piyadanı vurub.

Piyadalar aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində 1961-ci il təvəllüdlü Seyidəliyev Nurməmməd Sabir oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər 2 nəfərin vəziyyəti isə ağlr olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Cəlal Fərzəliyev

Bölgə müxbiri