Paytaxt sakinin evində silah aşkarlanıb

Paytaxt sakinin evində silah aşkarlanıb

Bakı şəhər sakini E.Abdullayevin evindən silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən NOCOMMENT.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini E.Abdullayevin Biləcəri qəsəbəsindəki evindən “WALTER” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.