Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb.
Əməliyyat zamanı Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Samiq Rəhimov tutulub. Onun Abşeron rayonunda yaşadığı evdə axtarış aparılan zaman 1 ədəd “Naqan” konstruksiyalı “Marqolin” markalı tapança və həmin silaha məxsus 2 ədəd patron aşkar olunaraq götürülüb.








