Qubada məktəbli qəzada can verdi

Qubada məktəbli qəzada can verdi

Qubada avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb.

NOCOMMENT xəbər verir ki, “Report”un Şimal bürosunun məlumatına görə, hadisə Quba şəhərində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı avtomobil hərəkətdə olan zaman rayon sakini, 2012-ci il təvəllüdlü Süleymanlı Səlahəddin Süleyman oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.