Sumqayıtda 15 yaşlı qız itkin düşdü – FOTO

Sumqayıtda 15 yaşlı qız itkin düşdü – FOTO

Bu gün Aysel adında azyaşlı qız saat 18:00 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayondan eyni şəhərdə yerləşən “stansiya” deyilən yerə getmək üçün çıxıb, lakin deyilən ünvana çatmayıb.

NOCOMMENT.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılmış elanda məlumat verilib.

Bildirilir ki, Ayselin 15 yaşı var, hündürboy, arıq qızdır.

Hazırda telefonuna zəng çatmır. Valideynləri buna görə çox narahatdır.