Sumqayıtda sərtləşdirilmiş karantin qaydalarını pozanların sayı açıqlanıb

Sumqayıtda sərtləşdirilmiş karantin qaydalarını pozanların sayı açıqlanıb

Sumqayıtda sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozanların sayı açıqlanıb.

NOCOMMENT.az bildirir ki, Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, həftə sonları şəhərdə tətbiq edilən məhdudiyyətləri pozan 250 vətəndaş saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Bildirilib ki, həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 100 manat məbləğində cərimə olunublar.

Bununla yanaşı, sərtləşdirilmiş xüsusi karantin qaydalarının tələblərinə tabe olmayan 3 nəfər inzibati qaydada 15 sutkalıq həbs edilib.