Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarında Gəndov Yalama avtomobil yolunda hərəkətdə olan Xaçmaz rayon Mürsəliqışlaq kənd sakini 1967-ci il təvəllüdlü Şabanov Elxan Sərxan oğluna məxsuz nəqliyyat vasitəsi yolu keçən 1965-ci il təvəllüdlü Hüseynov Oktay Əsgər oğlunu vurub.
Yaralı hadisə yerində dünyasını dəyişib.
Fakla əlaqədar olaraq araşdırma aparılır.
Cəlal Fərzəliyev
Bölgə müxbiri








