Xaçmazda yaşayış evi yanır

Xaçmazda yaşayış evi yanır

NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayonunun Xudat şəhərində yaşayış evi yanır.

Hadisə Xudatın Nizami Gəncəvi küçəsində yerləşən Şəfibəyov Nizami Əmrulla oğluna məxsuz bir mərtəbəli evdə baş verib.

Alov evin damında olan quru ot bağlamalarında yaranıb. Hadisə yerinə FHN-nin Xaçmaz YM bölməsinin 2 yanğın söndürən maşını cəlb edilib. Yanğının ətrafa yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət olan olmayıb.

Cəlal Fərzəliyev

Bölgə müxbiri