NOCOMMENT.az-ın şimal bölgə müxbirinin məlumatına əsasən hadisə bu gün səhər saatlarında Xaçmaz rayonunun Atatürk küçəsində baş verib.
Rayon sakini Bəşirov Əli Mehdi oğluna məxsuz 99-AU-273 dövlət nömrə nişanlı Mercedes markalı yük avtomobili hərəkətdə olan zaman 1954-cü il təvəllüdlü Ələsgərova Xanım Ələnur qızını vurub.
Qadın avtomobilin arxa təkərinin altında qalaraq hadisə yerindəcə dünyasını dəyişib. Meyit müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Faktla əlaqədar Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Cəlal Fərzəliyev
Bölgə müxbiri.












