KTMT iclasında gözlənilməz təklif – Əfqanıstan ətrafında təhlükəsizlik kəməri yaradaqbackend

KTMT iclasında gözlənilməz təklif – Əfqanıstan ətrafında təhlükəsizlik kəməri yaradaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.

 “NOCOMMENT” sputnik.az-a istinadən xəbər verir ki, belə bir təkliflə Tacikistanın Prezidenti Emoməli Rəhmon Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının növbədənkənar sessiyası zamanı bildirib.

“Tacikistan – Əfqanıstan sərhədində vəziyyət hər gün daha da gərginləşir, sərhəd boyunca taliblərin özləri arasında döyüşlər gedir. Təkcə ötən həftə, sərhədin bir hissəsində 11 talib öldürülüb, 18-i yaralanıb. Biz Əfqanıstan ətrafında təhlükəsizlik kəməri yaratmalıyıq”, – deyə Rəhmon bildirib.
Qeyd edək ki, ötən ilin avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.

Sentyabrın əvvəlində Talibanın* ilk hakimiyyəti dövründə xarici siyasətə cavabdeh olan Məhəmməd Həsən Axundun başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib.