KTMT-nin baş katibi dəyişdibackend

KTMT-nin baş katibi dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Rusiyadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, dövlət və siyasət xadimi İmanqali Tasmaqambetov 2023-cü ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postunu tutacaq.

NOCOMMENT “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT sammitinin açılışında deyib.

“Stanislav Zas KTMT-nin baş katibi kimi üç illik fəaliyyətini başa vurur. Mən ona görülən işlərə görə təşəkkür etmək istəyirəm. 2023-cü ilin əvvəlindən KTMT-nin baş katibi vəzifəsini Qazaxıstanın nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək”,- deyə Paşinyan bildirib.