Küçələrdə bərbad vəziyyət: Separadi-Tükəvilə yolunda gölməçələr yarandı – VİDEObackend

Küçələrdə bərbad vəziyyət: Separadi-Tükəvilə yolunda gölməçələr yarandı – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayonunun Separadi və Tükəvilə kəndlərini birləşdirən yol bərbad vəziyyətdədir.

Sakinlərin NOCOMMENT.az -ın Cənub bürosuna verdiyi xəbərə görə, illərdir ki, yol təmir olunmur. “Hər leysan yağışlardan sonra yol keçilməz hala düşür. Bu vəziyyət həm gündəlik gediş-gəlişi çətinləşdirir, həm də kənddə yaşayanların sosial problemləri daha da artırır. Yağışdan sonra palçıqdan maşın keçmir, piyadalar bataqlıqda hərəkət etməli olur.

Sakinlər aidiyyəti qurumlardan xahiş ediblər ki, Separadi-Tükəvilə yolu tez bir zamanda təmir olunsun və onların istifadəsinə verilsin.