Kuleba Kemeron ilə Patriotların Ukraynaya çatdırılmasını müzakirə edibbackend

Kuleba Kemeron ilə Patriotların Ukraynaya çatdırılmasını müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə Kiyevə Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı gələcək addımları müzakirə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

Kulebanın sözlərinə görə, tərəflər hava hücumundan müdafiə sistemlərinin, ilk növbədə Patriotun axtarışı və Ukraynaya təhvil verilməsi üçün gələcək addımları əlaqələndiriblər.

“Mən Davidin məqsədlərinə çatmağa yönəlmiş fəal yanaşmasını yüksək qiymətləndirirəm”, – deyə Kuleba bildirib.