Kütləvi etirazlar yenidən bütün İranı BÜRÜDÜbackend

Kütləvi etirazlar yenidən bütün İranı BÜRÜDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Xuzistan vilayətinin Abadan şəhərində məsul şəxslərin səriştəsiz idarəçiliyinə qarşı başlayan etiraz aksiyaları yenidən başqa əyalətlərə yayılır.

NOCOMMENT “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, mayın 26-da gecə Abadan, Xorrəmşəhr, Hormozqan əyalətinin mərkəzi Bəndər-Abbas şəhərlərindən başqa, Şahinşəhr və Behbahan şəhərlərində də kütləvi etiraz aksiyaları başlayıb.

Etirazçılar hökumət rəsmilərinə qarşı ənənəvi şüarlar səsləndirməklə yanaşı, “Vilayət-e fəqih hakimiyyətinə ölüm olsun”, “Xamenei qatildir, hakimiyyəti batildir” kimi birbaşa Əli Xameneiyə qarşı şüarlar səsləndiriblər.