Küveytin Xartum səfirliyinə BASQINbackend

Küveytin Xartum səfirliyinə BASQIN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveytin Xarici İşlər Nazirliyi Sudanın paytaxtı Xartumdakı səfirlik binasına bağlı iqamətgahın basqın edilərək dağıdıldığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, nazirliyin yazılı açıqlamasına görə, Küveytin Xartumdakı səfirliyinin Hərbi İdarəsinin rəisinin iqamətgahına basqın edilib.

Nazirlik basqını pisləyərək, ölkə rəhbərliyini və bütün münaqişə tərəflərini diplomatik missiya mərkəzlərinin tam mühafizəsini təmin etmək üçün lazımi tədbirlər görməyə çağırıb.

Basqınlara görə məsuliyyət daşıyan cinayətkarların cəzalandırılmasını tələb edən bəyanatda heç bir tərəf günahlandırılmayıb.

Qeyd edək ki, Sudanda qarşıdurmalar başlayandan paytaxt Xartumda Səudiyyə Ərəbistanı və İordaniya səfirliklərinə və əlaqədar binalara müxtəlif basqınlar həyata keçirilərək ətraf ərazilər dağıdılıb.

NOCOMMENT.AZ