Laçındakı Rusiya hərbçiləri məzuniyyətdən dönən erməni hərbçiləri Qarabağa buraxmır?..backend

Laçındakı Rusiya hərbçiləri məzuniyyətdən dönən erməni hərbçiləri Qarabağa buraxmır?..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əsgər Rusiya sərhədçilərinə(!-S.L.) hərbi biletini təqdim edib və onun mülki vətəndaş yox, hərbçi olduğu aydın bilinib və bu səbəbdən Qarabağa girməsinə icazə verilməyib…”

Təki belə olsun…

Son günlər Azərbaycan torpaqlarının hələ də ermənilər yaşayan hissəsinə və “Laçın dəhlizi” deyilən əraziyə nəzarət edən Rusiya sülhməramlı(?) hərbi kontingenti barəsində ölkəmizin mənafeləri üçün müsbət informasiyalar da yayılmağa başlayıb. Ancaq bunların nə dərəcədə dəqiq olduğunu demək mümkün deyil. Məsələn, oktyabrın 1-də erməni mənbələri guya Rusiya hərbçilərinin Azərbaycanın Xocavənd rayonunun Sos kəndi ərazisindəki qədim Amaras məbədimiz üzərindəki separatçı-terrorçu rejim əski parçasının guya qəti şəkildə birdəfəlik endirib və ermənilərdən bir daha məbəd üzərinə heç bir bayraq sancmamağı tələb edib…

NOCOMMENT.az xəbər verir ki, dünən Ermənistanın “Hraparak” nəşri daha bir maraqlı məlumat yayıb. Belə ki, son aylarda Qarabağda hərbçi kimi xidmət edən Ermənistan vətəndaşlarının məzuniyyətə çıxdıqdan sonra yenidən Qarabağdakı xidmət yerlərinə, yəni oradakı işğalçı hərbi hissələrə qayıtması mümkün olmur…

“Oxşar hadisə haqda bir neçə gün əvvəl bir əsgər atası məzuniyyətdə olan oğlunun Qarabağ sərhədini keçməsinə və hərbi hissəyə qayıtmasına icazə verilməməsindən şikayətləndikdə eşitdik. Əsgər Rusiya sərhədçilərinə(!-S.L.) hərbi biletini təqdim edib və onun mülki vətəndaş yox, hərbçi olduğu bilinib və bu səbəbdən Qarabağa girməsinə icazə verilməyib. Halbuki o, pasportla sərbəst şəkildə sərhədi keçə bilərdi. Əsgərin xidmət məntəqəsinə qayıtmasının niyə qadağan edildiyini anlamaq cəhdləri nəticəsiz qalıb. Və xidmətdən yayınmaq istəmədiyi üçün hərbi qeydiyyat məntəqəsindən Ermənistandakı hərbi hissələrdən birinə göndərilib…

Bu, qoşunların yavaş -yavaş düşmənin istəyi ilə Qarabağı tərk etməsinin daha bir sübutudur, tezliklə Artsax Respublikasının sərhədlərini düşmən təcavüzlərindən qorumaq üçün Artsaxda heç bir erməni əsgəri qalmayacaq”- deyə erməni qəzeti yazır.

Belə çıxır ki, Laçındakı sərhəd-keçid məntəqəsindəki Rusiya hərbçiləri Qarabağda xidmət etmiş erməni hərbçilərinin Ermənistandan geri qayıtmasına icazə vermirlər. Bir sözlə, Azərbaycanın Qarabağ torpaqlarında Ermənistan hərbçilərinin qalmasını istəmirlər. Təki belə olsun…
Moderator.az