Vardanyanın arvadı Bakıdan əl çəkmir – XİN-dən qəribə təklif

Vardanyanın arvadı Bakıdan əl çəkmir – XİN-dən qəribə təklif

Bakıda həbsdə yatan milyarder Ruben Vardanyanın arvadı Veronika Zonabend qadın nümayəndə heyətinin Azərbaycana “humanitar səfəri” üçün addımları müzakirə etməyi planlaşdırır. Bu haqda erməni mediası yazıb. Bildirilir ki, bu məqsədlə artıq Xarici İşlər Nazirliyi ona görüş də təklif edib.

Ani Badalyan Xarici İşlər Nazirliyinin mətbuat katibi təyin edilib


XİN sözçüsü Ani Badalyan bildirib ki, görüş təklifi əvvəllər nazirlikdə müzakirə olunub və onun son açıqlamasından sonra birbaşa Zonabendə edilib. Görüşün vaxtı və tarixi hələ müəyyən edilməyib.

Yada salaq ki, Vardanyanın yəhudi əsilli arvadı Azərbaycan həbsxanasında saxlanılan və layiqli cəzalar alan Ermənistan vətəndaşları ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırır. İyulun 8-də o, Baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayaraq, beynəlxalq qadın humanitar nümayəndə heyətinin tərkibində Bakıya səfər etmək istədiyini bildirmişdi. Təşəbbüsün məqsədi guya humanitar xarakter daşıyır: “erməni dustaqları ziyarət etmək, ailələrindən məktublar, fotoşəkillər və icazə verilən şəxsi əşyaları çatdırmaq və onların yaxınları ilə əlaqə saxlamasını asanlaşdırmaq”.

Vardanyanın arvadı və qohumları Bakıya gəlir? - "Səbinə Əliyevaya dedim ki..." - Globalinfo.az


Bəs gerçək hədəf nədir, erməni canilərini dünyaya siyasi məhbus, əzabkeş kimi təqdim eləməkmi? Ermənistan XİN bu məqsədlə Bakıya ağızmı açacaq? O halda hansı cavabı alacaq?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə əmindir ki, yaxınları Vardanyanın həbsdə olduğunu gündəmdə saxlamaq üçün belə təbliğat aparır. Hüquq müdafiəçisi ehtimal edir ki, burada müxtəlif xarici mərkəzlərin də rolu və propoqandası yer var: "Vardanyanın həbsini siyasi hadisəyə çevirmək cəhdi göz qarşısındadır. Ən müxtəlif səviyyələrdə kampaniya başladılıb. Onun bir milyarder olduğu nəzərə alınmalıdır. Çünki vaxtında çevrəsi fərqli statuslu adamlardan ibarət olub. Onlar da Vardanyanın həbsini diqqətdə saxlamağa can atır. Bununla Azərbaycana beynəlxalq təzyiqlərin artacağına ümid bəsləyirlər. Açığı, mötəbər dövlətlərin rəsmi münasibətinə rast gəlinmir. Biz bəzi qərəzli təşkilatların, ələ alınmış avropalı deputatların və ya amerikalı konqresmenlərin, müəyyən anti-Azərbaycan mərkəzlərin reaksiyalarını görə bilərik. Onlar Vardanyanı ayırmır, həbsdəki canilərin işini bütövlükdə götürür".

Çingiz Qənizadə inanmır ki, bu hücumlar nəticə verəcək. Hüquqşünas Vardanyanın həyat yoldaşının Azərbaycana gəlmək istəyini də kampaniyanın tərkib hissəsi sayır: "Əgər onun belə bir arzusu varsa, Azərbaycan rəhbərliyinə müraciət etməlidir. Amma başqa ünvanlara ağız açır. Buyursun, müraciət etsin, sonra xahişinə baxıla bilər. Təbii ki, ona görüş şəraitinin yaradılması mümkün ola bilər. Ancaq görüşü də bir kampaniyaya çevirəcəklər. Odur ki, bu məsələdə daha çox kampaniyaçılıq niyyəti açıq hiss olunur. Hər halda, onun müraciəti Azərbaycana olmalıdır. İkincisi, Vardanyanın müdafiəçiləri ədalətsizliyə yol verir. Onlar bu məsələni diqqətdə saxlamaq istəyə bilər, lakin heç biri demir ki, Ruben Rusiya pasportunu atıb Qarabağa niyə gəlmişdi... "/musavat.com/