Latviya Rusiya vətəndaşlarını ölkədən çıxarırbackend

Latviya Rusiya vətəndaşlarını ölkədən çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya hakimiyyəti 800-ə yaxın rusiyalını deportasiya etməyi planlaşdırır. Artıq ölkədə qalmaq hüququ olmayanların siyahıları sərhəd xidmətinə təhvil verilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Suspilne” məlumat yayıb.

“Hazırda 800 nəfər Latviyada qalmaq hüququ əldə etməyib. Onlar nə daimi, nə də müvəqqəti yaşamaq üçün müraciət etməyiblər. Biz həmin şəxslərlə bağlı məlumatları yoxlamaq üçün Dövlət Sərhəd Xidmətinə vermişik”, – deyə nəşr Latviya Miqrasiya İdarəsinin nümayəndəsi Madara Pukedən sitat gətirib.

Həmin şəxslərin Latviyada olub-olmaması dəqiqləşəndən sonra 30 gün müddətinə ölkədən çıxmaq barədə bildirişlər veriləcək. Eyni zamanda, o xatırladıb ki, latış dili imtahanından keçməyən ruslar iki il müddətinə müvəqqəti yaşamaq üçün müraciət edə bilərlər, bundan sonra onlar yenidən imtahan verməlidirlər, əks halda deportasiya olunacaqlar.

Qeyd edək ki, Latviyanın Konstitusiya Məhkəməsi daimi yaşayış icazəsi olan ruslar üçün latış dilindən imtahan vermək tələbini qanuni hesab edib.