Lavrov Mirzoyanı, Putin isə Paşinyanı hüzuruna çağırdı: Nə baş verir?backend

Lavrov Mirzoyanı, Putin isə Paşinyanı hüzuruna çağırdı: Nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəvan həm Moskvaya, həm də onun qatı düşməni Vaşinqtona hesabat verir”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistandan Rusiya və ABŞ-yə rəsmi səfərlərə diqqət çəkib: “Ermənistan hakimiyyəti iki böyük gücün – Rusiya və ABŞ arasında qalıb. Bunu Ermənistan rəsmilərinin səfər trayektoriyasından da müəyyənləşdirmək olar. Deməli, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün Moskvaya gedib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarını hüzuruna çağırıb. Görünür, Lavrov Mirzoyandan liderlərin Brüssel görüşünün detallı hesabatını istəyəcək.