Ləğv olunmuş bankın daşınmaz əmlakı hərraca çıxarılırbackend

Ləğv olunmuş bankın daşınmaz əmlakı hərraca çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Bank Standard” QSC-yə məxsus qeyri-yaşayış sahəsini açıq hərraca çıxarır.

NOCOMMENT bu barədə fonda istinadən xəbər verir.

Məlumata görə, daşınmaz əmlakın satışı dekabrın 22-də, saat 11:00-da “Bakı Hərrac Mərkəzi” MMC-də (Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Əbdülvahab Salamzadə küçəsi. 2C ünvanında təşkil ediləcək. Bakı şəhəri, Nəsimi rayonu, 211-ci məhəllə, Səməd Vurğun küçəsi, 18A ünvanında yerləşən, ümumi sahəsi 9 241,5 kv.m olan qeyri-yaşayış sahəsi 29 milyon manat ilkin satış qiyməti ilə alıcılara təklif olunacaq.