“Muğan Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum olubbackend

“Muğan Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 27-dən başlayaraq Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvedicisi olduğu “Muğan Bank” ASC-nin əmanətçilərinə kompensasiya ödəməyə başlayacaq.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğan Bank” müflis elan edilib və ƏSF adıçəkilən Bankın ləğvedicisi təyin edilib. Həmçinin, “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq “Muğan Bank” da sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən olunub.

“Əmanətlərin sığoratalanması haqqında” qanunun 28.3-cü maddəsinə əsasən ƏSF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı ƏSF-nin saytından əldə edə bilərsiniz.