Lənkəranda “Azərcell”in əməkdaşını elektrik cərəyanı vurdu – Son vəziyyəti açıqlandıbackend

Lənkəranda “Azərcell”in əməkdaşını elektrik cərəyanı vurdu – Son vəziyyəti açıqlandı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda elektrik cərəyanının vurduğu şəxs “Azercell” mobil operatorunun əməkdaşı olub.

***15:08

24.10.2025-ci il tarixində saat 13:00 radələrində Lənkəran rayonu Gəgiran kəndində elektrik cərəyan vurması nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü (kişi) şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Lənkəran rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev NOCOMMENT.az -a bildirib ki, ona bədənin bir neçə nayihəsinin dəqiqləşdirilməmiş dərəcəli termiki yanığı, travmatik şok diaqnozu təyin olunub.

Pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

***14:26

Lənkəranda mobil operatorlardan birinin əməkdaşını elektrik cərəyanı vurub.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə saat 13:00 radələrində Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda qeydə alınıb.

Mobil operatorlardan birinin enerji mühəndisi vəzifəsində çalışan Cəlilabad rayonunun Günəşli kənd sakini 1986-cı il təvəllüdlü Rusif Nurəddin oğlu Əmənovu elektrik cərəyanı vurub. R.Əmənov ətrafdakıların köməyi ilə dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub və vəziyyətinə uyğun olaraq o, reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin deməsinə görə, onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.