Liderlərin bayram proqramıbackend

Liderlərin bayram proqramı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərdoğan bayramı İstanbulda qarşılayacaq. Kılıçdaroğlu və Akşener zəlzələ bölgəsində olacaq.

NOCOMMENT xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan, CHP sədri Kamal Kılıçdaroğlu və digər liderlərin Ramazan bayramı proqramı açıqlanıb. Ərdoğan bayramı İstanbulda qarşılayacaq. Kılıçdaroğlu və Meral Akşener zəlzələ bölgəsində olacaq.

Ərdoğan bayramın 2-ci günü Qaziantepin Nurdağı rayonunda zəlzələdən zərərçəkənlərə ilk kənd evlərinin təhvil verilməsi mərasimində iştirak edəcək. Ərdoğan bayramın son günündə İstanbulda 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı proqramına qatılacaq, daha sonra isə Sakaryaya gedəcək.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İstanbulda Ramazan bayramına girəcək. Şentop bayram namazından sonra məmləkəti Tekirdağa gedəcək. Tətildə vitse-prezident Fuat Oktay Ankarada olacaq.