Liftin düşməsi nəticəsində 2 nəfər yaralanıbbackend

Liftin düşməsi nəticəsində 2 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Ərzurum bölgəsində iş yerində yük liftinin düşməsi nəticəsində 2 nəfər yaralanıb.

NOCOMMENT xəbər verir ki, Vanifəndi Məhəlləsidə bir iş yerində material daşıyan yük lifti içərisində 2 nəfər olarkən 5 metr hündürlükdən anbara düşüb.

Liftdəki şəxslər xəsarət alaraq yıxılan liftin kabinəsində sıxışıb.

Xəbərdarlıq üzərinə hadisə yerinə yanğınsöndürənlər, polis və 112 Təcili Tibbi Yardım briqadaları göndərilib.

Yaralılar Böyükşəhər Bələdiyyəsi xilasetmə qrupları tərəfindən sıxışdıqları yerdən çıxarılıb.

Bədənlərinin müxtəlif yerlərində sınıq olduğu aşkarlanan yaralılar Ərzurum Şəhər Xəstəxanasına və Atatürk Universiteti Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Polis qrupları hadisə yerində araşdırma aparıb.