Lionel Messi ilin idmançısı seçildibackend

Lionel Messi ilin idmançısı seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Time” jurnalı argentinalı futbolçu Lionel Messini 2023-cü ilin idmançısı seçib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə  ABŞ-da nəşr olunan jurnal açıqlama verib.

“Messi ABŞ-ı bir vaxtlar qeyri-mümkün görünən bir futbol ölkəsinə çevirməyi bacardı”, – deyə bildirilib.

Messi iyul ayında Amerika Premyer Liqasının (MLS) komandası “İnter Mayami”yə transfer olunub.

Argentinalı ulduz futbolçu yeni komandası ilə 2023-cü ildə Liqalar Kubokunu qazanaraq karyerasında 44-cü dəfə kubok sevincini yaşayıb.