Lisey seçiminin nəticələri bu gün açıqlanacaqbackend

Lisey seçiminin nəticələri bu gün açıqlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzləşdirilmiş qaydada qəbulu həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün lisey seçiminin nəticələri bu gün mərhələli şəkildə elan olunacaq.

Təhsil İnstitutundan NOCOMMENT-ə bildirilib ki, lisey seçimi mərhələsində uğur qazanan şagirdlərin sorğusu avtomatik yaradılacaq. Bu mərhələdə uğur qazanmış şagirdlərin şəxsi işləri şagirdin ötən tədris ilində təhsil aldığı məktəbdən (elektron ərizə şagirdin ötən tədris ilində təhsil aldığı məktəb tərəfindən çap edilir) təhvil alınaraq yeni qəbul olunduğu liseyə təqdim edilməlidir.

Qeyd edək ki, bu proses avqustun 24-dən 29-dək həyata keçiriləcək. Şagirdlərin elektron yerdəyişmə portalında (//sy.edu.az/login) şəxsi kabinetində “İmtahanlar” bölməsinin “Lisey” seçimi hissəsində nəticələrlə, “Sorğularım” bölməsində isə qəbul olan şagirdlərin sorğularının mərhələləri ilə tanış olmaq mümkündür.