Lisey və gimnaziya məzunları medallarla təltif olundular – FOTOLARbackend

Lisey və gimnaziya məzunları medallarla təltif olundular – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə riyaziyyat və fizika fənləri üzrə onlayn keçirilən beynəlxalq olimpiadalarda Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar.

NOCOMMENT.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 38 ölkədən 337 şagirdin qatıldığı Asiya Pasifik Riyaziyyat Olimpiadasında (APMO) Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdi Abbas Məmmədov gümüş, eyni liseyin şagirdi Murad Ağazadə bürünc, Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin şagirdi Vüqar Quliyev bürünc medal əldə ediblər.

Fizika fənni üzrə Rusiyanın təşkilatçılığı ilə keçirilən və 450-dən artıq şagirdin iştirak etdiyi onlayn olimpiadada isə (OPHO) Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Ayhan Süleymanzadə gümüş, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdi Tamerlan Ağayev gümüş, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdləri Murad Bəşirov və Sirac Yəhyazdə isə bürünc medal qazanıblar.