Litvada müdafiə vergisi tətbiq oluna bilərbackend

Litvada müdafiə vergisi tətbiq oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Litva hakimiyyəti yaxın illərdə müdafiə vergisi tətbiq edə bilər. Bu barədə Respublika prezidenti Qitanas Nauseda bildirib. 

“Bəli, 2025-ci ildən, o cümlədən müdafiə vergisindən danışmaq olar, amma ilk növbədə borclanmanın verdiyi imkanlardan istifadə etməliyik. 2024-cü il ərzində mən müzakirələrə başlamağa, müdafiə vergisinin mümkün formatı ilə bağlı müzakirələrdə iştirak etməyə hazıram, amma bugün bu barədə danışmaq tezdir “,- deyə Nauseda bildirib.

Dövlət başçısının sözlərinə görə, gələcəkdə Litva hakimiyyəti yeni verginin tətbiqinin zəruriliyini müəyyən etməli olacaq.