Los-Ancelesin üçüncü ən hündür göydələni alış qiymətinin yarısına satıldıbackend

Los-Ancelesin üçüncü ən hündür göydələni alış qiymətinin yarısına satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Los-Ancelesdə şəhərin üçüncü ən hündür göydələni olan “Aon Center” 147,8 milyon dollara satılıb ki, bu da 268,5 milyon dollarlıq alış qiymətinin təxminən yarısıdır.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Agentlik yazır ki, bu, Los-Ancelesdə son bir ildə aparılan ən böyük ofis daşınmaz əmlak əməliyyatıdır. Bildirilir ki, bu sahə bir çox işçinin uzaqdan işə başlaması və koronavirus pandemiyasından sonra binaların kirayə qiymətinin azalması səbəbindən çox dəyər itirib.

Göydələn investorlar Daniel Abrams və Adam Tişçer tərəfindən alınıb. Onlar “Aon Center”in şəhər mərkəzində yerləşməsinin ona kirayəçiləri cəlb etmək və saxlamaq üçün rəqabətli imkanlar təqdim edəcəyini gözləyirlər.

Noyabr ayında bildirildi ki, Mayami Nyu Yorku qlobal maliyyə mərkəzi kimi sıxışdıra bilər. “Bloomberg” bu barədə “Citadel Hedcinq” fondunun təsisçisi, milyarder Ken Qriffinə istinadən yazıb.