Ruslar Türkiyədə kütləvi şəkildə daşınmaz əmlak ALIRLARbackend

Ruslar Türkiyədə kütləvi şəkildə daşınmaz əmlak ALIRLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ruslar ikinci vətəndaşlıq almaq üçün Türkiyədə daşınmaz əmlak alışında fəallaşıblar”.

NOCOMMENT.az xəbər verir ki, bunu GARANT IN şirkətinin rəhbəri (immiqrasiya məsələləri üzrə ixtisaslaşmış) Andrey Boyko Ura.ru-ya bildirib.

“Türk pasportu, məsələn, Qrenada ilə müqayisədə nə Avropa Birliyi, nə Böyük Britaniya, nə də Çinlə vizasız rejim təmin etmir. Amma ölkənin öz üstünlükləri var”, – ekspert qeyd edib.

O sadalayır ki, birincisi, rusiyalılar Türkiyəni yaxşı tanıyır. İkincisi, Türkiyə mənzilləri kifayət qədər likvid daşınmaz əmlakdır.

Nəhayət, yerli pasportla ruslar Avropada iş görmək imkanına malikdirlər, çünki yaşayış yeri və ikinci vətəndaşlığı ilə yanaşı bir şəxs pasport, ünvan, yaşayış yerini təsdiq edən sənəd, vergi id (fərdi vergi ödəyicisinin identifikasiya nömrəsi) və bank hesabı əldə edir, Boyko fikrini yekunlaşdırıb.

Hazırda Türkiyədə vətəndaşlıq almaq üçün 400 min dollara daşınmaz əmlak almaq lazımdır.