Macarıstan nüvə enerjisinə qarşı sanksiyaların əleyhinədirbackend

Macarıstan nüvə enerjisinə qarşı sanksiyaların əleyhinədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan heç vaxt Rusiya Federasiyasına nüvə enerjisi sahəsində sanksiyaların tətbiqinə razı olmayacaq, bu, onun maraqlarına ziddir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

Onun sözlərinə görə, digər ölkələr Budapeştə bu barədə müraciət ediblər, lakin onlar cavab veriblər ki, milli maraqlara zərər verəcək sanksiyalarla razılaşmağa hazır deyillər.

“Rusiya ilə nüvə enerjisi sahəsində əməkdaşlığa dair sanksiyalar isə bizim milli maraqlarımıza ziyan vurur”, – deyə Siyarto bildirib.

Diplomat əlavə edib ki, bir neçə ölkə onlara hamı kimi zərər vuran sanksiyaların qarşısını almaq üçün Macarıstana müraciət edib.